İrəvan sülh müqaviləsi üzrə dünən Bakıdan yeni təkliflər alıb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.

O, İrəvanın bundan öncə sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.

“Proses gedir, eləcə də müzakirələr. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, - Mirzoyan vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info