Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfərə yola düşüb.

Leqal.info TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi Atatürk hava limanından Naxçıvana hərəkət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutacaq görüşlərdə iki dövlət arasında münasibətlər, Qarabağdakı hazırkı vəziyyət başda olmaqla regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Azərbaycan və Türkiyə prezidentlərinin Iğdır-Naxçıvan Təbii Qaz Xəttinin təməlqoyma mərasiminə iştirakları və modernizə edilmiş Naxçıvan Hərbi Kompleksinin açılışı nəzərdə tutulub.

Leqal.info