Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamalıdır.

Leqal.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə əsasən, Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur:

"Əvvəla, tarixi, çoğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək qeyri-mümkündür. İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə bəslənirlər. Onlar bunu birbaşa deyirlər. Bu cür məna daşıyan fikirlər Baş nazir Nikol Paşinyanın çıxışında da olub. Əgər onlar ABŞ-a arxalanırlarsa, yəqin ki, onlar müasir tarixə nəzər salmalıdır. Birləşmiş Ştatların öz qanadları altına aldıqları insanların taleyi qibtə olunası deyil", deyə Rusiya XİN rəhbəri Ermənistan Rusiyanı itirə bilərmi sualına cavabında bildirib.

Elvin Mahmudlu
Leqal.info