Leqal.info xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskvanın bu məsələ ilə bağlı hansısa tədbir görüb-görməyəcəyinə dair sualına cavabında sözügedən şəxslərin Ermənistan vətəndaşı olduğunu deyib.
“Siz deyəsən qarışdırırsınız. Bu sual bizə yox, Ermənistan tərəfinə verilməlidir. Həmin şəxslər Ermənistan vətəndaşlarıdır”, - Rusiya XİN sözçüsü diqqətə çatdırıb.
Zaxarova Ruben Vardanyanın Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyi ilə bağlı xatırlatma edib.
Elvin Mahmudlu
Leqal.info