Türk Kipr respublikası Türkiyənin də tanıdığı qanuni quruluşdur.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Şimali Kipr Türk Respublikasının (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, Qərb Kipr türklərinin haqqlarını tanımayaraq, açıq şəkildə adanın Yunan administrasiyasını dəstəkləyir. Onun sözlərinə əsasən, yunan tərəfi dəfələrlə danışıqlardan yayınıb və artıq məsələ adada iki dövlətin qurulması ilə həll oluna bilər.

Leyla Kamil
Leqal.info