Ermənistan Baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.

Leqal.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu halda, istefa verə biləcəyini bildirib.

“Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - Paşinyan parlamentdə diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info