“Biz Azərbaycan ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​bildirib.

O vurğulayıb ki, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkan açılıb:

“Biz Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşma mümkün qədər tez əldə olunacaq”.

Leyla Kamil
Leqal.info