İsraildəki vəziyyət Kremli dərindən narahat edir.

Leqal.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, vəziyyətin artan eskalasiya yolu ilə inkişaf etdiyini deyib.

"Qəzzadakı humanitar vəziyyət Rusiya Federasiyası üçün ciddi narahatlıqlar yaradır.

İsraildəki vəziyyətə üçüncü qüvvələrin cəlb edilməsi ehtimalı böyükdür", deyə Kremlin sözçüsü ABŞ donanmasının regionda hərəkətini şərh edərkən bildirib.

Elvin Mahmudlu
Leqal.info