Leqal.info "Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubundan olan yerli siyasətçilərlə görüşündə söyləyib.
"Mən bilirəm ki, siz ağır və dəhşətli şeylərdən keçmisiniz. HƏMAS-ın qarşılaşacağı isə daha ağır və dəhşətli olacaq. Biz artıq döyüşün ortasındayıq və bu, bir başlanğıcdır", - Netanyahu bildirib.
Baş nazir İsrail rəsmilərinə göstərdikləri dözümə və cəsarətə görə təşəkkür edib. O vurğulayıb ki, qarşıdan gələn döyüş zaman alacaq.
"Sizdən güclü olmanızı xahiş edirəm, çünki biz Yaxın Şərqi dəyişdirəcəyik", - Baş nazir bildirib.
Leyla Kamil
Leqal.info