Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.

Leqal.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını deyib: "Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".

Peskov bildirib ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq: "Lakin Ermənistanla təmaslar davam edəcək", deyə Kreml sözçüsü vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info