Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İsveçin alyansa qoşulmaq ərizəsinin ratifikasiyası ilə bağlı razılaşmaya sadiqliyini təsdiqləyib.

Leqal.info xəbər verir ki, bu barədə "Danmarks Radio" telekanalı Alyansın baş katibi Yens Stoltenberqə istinadən məlumat yayıb.

O bildirib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​NATO-ya üzv ölkələrdən olan həmkarları ilə görüşündə Türkiyənin NATO-nun Vilnüsdə keçirilən sammitində İsveçin alyansa qoşulmaq ərizəsinin ratifikasiyası ilə bağlı razılaşmaya sadiq qaldığını deyib:

"Türkiyə Parlamentinin İsveçin ərizəsinin tez bir zamanda ratifikasiya edəcəyini gözləyirəm".

Ancaq Türkiyə və Macarıstan İsveçin alyansa daxil olması ilə bağlı protokolları ratifikasiya etməyiblər.

Krallığın NATO-ya müraciətini təsdiqləmək üçün Türkiyə İsveçin hakimiyyət orqanlarından terrorizmlə mübarizə haqqında yenilənmiş qanunu praktiki olaraq həyata keçirməyi və bu cür hadisələrin qarşısını effektiv şəkildə almağı tələb edir.

Leyla Kamil
Leqal.info