ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan Əl-Səudlə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Blinken "X" hesabında paylaşım edib.

Görüş əsnasında HAMAS-ın İsrailə qarşı terror hücumları və münaqişənin regionda yayılmasının qarşısını almağın vacibliyi vurğulanıb.

"Biz, eyni zamanda Yəmən və Sudandakı münaqişələri bitirmək üçün işi davam etdirmək qərarına gəldik", - deyə ABŞ dövlət katibi bildirib.

Leyla Kamil
Leqal.info