Şimali Koreyadan Rusiyaya silah tədarükünə dair heç bir sübut yoxdur, heç kim iki ölkə arasındakı münasibətlərə müdaxilə edə bilməz.

Leqal.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Britaniya kəşfiyyatının Rusiyanın Şimali Koreyadan silah tədarük etməsi ilə bağlı məlumatını şərh edən Kreml sözçüsü buna dair heç bir sübutun olmadığını deyib.

“Yalnız Britaniya kəşfiyyatı deyil, həm də Amerika kəşfiyyatı bu barədə deyir. Onlar bunu hər zaman heç bir sübut təqdim etmədən bildirirlər”, deyə Peskov bildirib.

O, Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu olduğunu deyib. “Biz ən yaxın qonşumuzla qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı münasibətləri davam etdirəcəyik və bu əlaqələri bütün sahələrdə inkişaf etdirəcəyik, bu, bizim suveren hüququmuzdur və hesab edirik ki, heç kimin buna qarışmaq hüququ yoxdur”, deyə Kremlin sözçüsü vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info