Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla Pekində görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin bildirib ki, Rusiya geosiyasi məhdudiyyətlərə baxmayaraq, bir çox Avropa ölkələri, eləcə də Macarıstanla əlaqələri inkişaf etdirir:

“Rusiya ilə Macarıstan arasında son onilliklərdə münasibətlər qarşılıqlı şəkildə maraqların nəzərə alınması və müsbət dinamikaya əsaslanaraq qurulub”.

Putin, Rusiya ilə Macarıstanın mövqelərinin hər zaman üst-üstə düşməməsinə baxmayaraq, Orbanı dünya və Avropadakı vəziyyəti müzakirə etməyə dəvət edib.

Bundan başqa, Rusiya lideri çıxışı zamanı qeyd edib ki, ölkələrarası ticarət dövriyyəsinin həcmi nəzərəçarpacaq dərəcədə aşağı düşüb və öncəki səviyyəyə qaldırmaq üçün ciddi addımlar atılmalıdır.

Leyla Kamil
Leqal.info