BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə humanitar atəşkəslə bağlı çağırış edib.

Leqal.info xəbər verir ki, bu barədə BMT Baş katibinin "X" hesabında paylaşım edilib.

Quterreş böyük miqyaslı insan itkilərinə diqqət çəkib və Yaxın Şərqdə dərhal humanitar atəşkəsin elan olunması ilə bağlı çağırış edib: "Bir çox insan həyatı və bütöv regionun taleyi təhlükədədir", - o bildirib.

Leyla Kamil
Leqal.info