İsrail Baş naziri Binyamin Netenyahu Livandakı Hizbullah Hərəkatına xəbərdarlıq edib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, Binyamin Netenyahu ölkənin şimal sərhədində hərbçilərlə görüşündə bildirib ki, əgər Hizbullah Hərəkatı tam münaqişəyə daxil olarsa, həyatlarında ən böyük səhvə yol vermiş olar.

Baş nazir vurğulayıb ki, Hihbullah Hərəkatının İsraillə döyüş əməliyyatlarına tam qoşulacağına qərar verib-verməyəcəyini deyə bilməz: “Əgər Hizbullah belə qərar verərsə, biz təsəvvür edə bilməyəcəkləri zərbə endirəcəyik. Bu, həm Hizbullah, həm də Livan dövləti üçün dağıdıcı təsirə malik olacaq. Biz istənilən ssenariyə hazırıq”.

Leqal.info