Leqal.info "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.
Görüşdə iki ölkə arasında iqtisadiyyat, təhsil, mədəniyyət, aviasiya və digər sahələrdə əməkdaşlığın təşviqinə yönəlmiş addımlar atıldığı qeyd olunub.
Peter Siyarto ikitərəfli münasibətlərdə müsbət dinamikanın olduğunu, Ermənistan və Macarıstan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, Macarıstan hökuməti İrəvanda konsulluq açmaq niyyətindədir ki, bu da Ermənistan-Macarıstan əlaqələrinin genişlənməsinə töhfə verəcək.
Görüş əsnasında Ermənistan-Avropa İttifaqı münasibətləri, habelə regional əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.
Elvin Mahmudlu
Leqal.info