Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Aİ nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki diplomatik mənbə bildirib.

Qeyd olunub ki, görüş əsnasında Cənubi Qafqaz, Orta Asiya və Ukraynadakı müharibə kimi aktual məsələlər də gündəmə gətirilib.

Həmçinin tərəflər İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.

Hakan Fidan Qəzzada baş verən hadisələrə dair mülki əhalini hədəf alan hücumların qəbuledilməz və dərhal dayandırılmalı olduğunu vurğulayıb.

O, eyni zamanda münaqişənin regional səviyyəyə çatmasının qarşısının alınmasının da lazım olduğunu qeyd edib.

Leyla Kamil
Leqal.info