Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə gedib.

Leqal.info xəbər verir ki, Türkiyə mediası məlumat yayıb.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək 10-cu Zirvə toplantısında iştirak edəcək.

Qeyd olunub ki, toplantıda liderlər Təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bundan başqa, noyabrın 3-ü Ərdoğanın təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Leyla Kamil
Leqal.info