ABŞ-nin sabiq prezidenti Donald Tramp Vladimir Zelenskinin Ukraynaya səfər təklifini rədd edib.

Leqal.info xəbər verir ki, bu barədə "Newsmax" televiziya kanalı məlumat yayıb.

“Mən prezident Zelenskiyə hörmət edirəm, ancaq inanıram ki, hazırda Ukraynaya səfər etmək yersizdir”, - deyə Tramp bildirib.

Tramp bildirib ki, o Baydenlə bu məsələdə konflikt yaratmaq istəmir.

Xatırladaq ki, Zelenski NBC televiziyasına müsahibəsində Trampı Ukraynaya dəvət edib.

Leqal.info