“İşğal altındakı torpaqlarını qəhrəmancasına azad edən qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü təbrik edirəm”.

Leqal.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş özünün rəsmi “X” sosial media hesabında yazıb.

“Bu qələbə üçün canlarını fəda edən şəhidlərimizi yad edir, qazilərimizə təşəkkürümüzü bildiririk”-paylaşımda qeyd olunub.

Leyla Kamil
Leqal.info