Leqal.info xəbər verir ki, müvafiq video Zelenskinin sosial media hesablarında yerləşdirilib.
“Bu gün mən Azərbaycana təşəkkür etmək istəyirəm. Qış başlamadan cənab Prezident İlham Əliyev bizim enerji sektorumuza lazımi köməklik göstərdi. Başa düşürük ki, bu qış çətinliklər ötən ilkindən az olmaya bilər. Biz hazırlaşırıq. Ukraynanın, xalqımızın, enerji sənayemizin dəstəklənməsi çox vacibdir” – Zelenski bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Energetika Nazirliyinin Ukrayna üçün aldığı 7,6 milyon dollar dəyərində elektrik avadanlıqlarının birinci hissəsini daşıyan 14 yük avtomobilindən ibarət karvan artıq Ukraynaya çatıb.
Leqal.info