Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Leqal.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesi və bu istiqamətdə həyata keçirməli olduğu islahatlara dair müzakirələr aparılıb.

Gürcüstan hökumətinin məlumatına əsasən, Qaribaşvili Gürcüstanın Aİ tövsiyələrinin yerinə yetirilməsi məqsədilə başladılmış prosesin uğurla davam etdirildiyini, hökumətinin konkret baxışı, fəaliyyət planı olduğunu qeyd edib. O, Gürcüstanın bu istiqamətdə əldə etdiyi uğurun Avropa Komissiyasının qərarı ilə təsdiqləndiyini deyib.

Leqal.info