Çexiya Ukraynaya hərbi yardımı davam etdirəcək.

Leqal.info xəbər verir ki, bunu Çex Respublikasının Baş naziri Petr Fiala Avstriyanın hökumət başçısı Karl Nerhammer ilə görüşdən sonrakı birgə brifinq zamanı deyib.

Fiala qeyd edib ki, Ukraynada hərbi gərginlik artandan indiyə kimi Çexiya ən çox ukraynalı miqrant qəbul edən dövlətlər sırasındadır:

“Hərbi ehtiyatlarımız azalsa da, biz Ukraynaya yardımı davam etdirəcəyik”, - deyə Fiala vurğulayıb.

Tərəflər görüş zamanı, eyni zamanda Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Leyla Kamil
Leqal.info