Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova adından Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yayılan bəyanatda bildirilib.
Zaxarova bildirib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər qüvvədə qalır:
"Tərəflər imzalarını geri götürməyiblər və biz, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması səbəbindən bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik".
Leqal.info