NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina Gürcüstanda səfərdədir.

Leqal.info xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, nazir Cuanşer Burçuladze Xavier Kolominanı qəbul edib və tərəflər siyasi əlaqələr, habelə təhlükəsizlik siyasəti istiqamətində müzakirə aparıblar.

Elvin Mahmudlu
Leqal.info