“Leqal.info” xəbər verir ki, məktubun mətnində deyilir:
“Zati-müqəddəsləri,
İsa peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirərək qəlbləri parlaq ümidlərlə doldurur, yeni nailiyyətlərə ruhlandırır. Yüksək birgəyaşayış mədəniyyəti və çoxəsrlik tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan cəmiyyətində Milad bayramı ölkəmizdə ənənəvi olaraq qeyd olunan dini bayramlar arasında özünəməxsus yer tutur.
münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümumbəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm”.
Elvin Mahmudlu
Leqal.info