İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edib.

Leqal.info İran KİV-nə istinadən xəbər verir ki, o, Pakistan xarici işlər naziri Cəlil Abbas Cilanla görüşüb.

Danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır.

Leqal.info