Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubançıbek Ömüralıyev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.


Leqal.info xəbər verir ki, bu barədə TDT Baş katibinin "X" hesabında məlumat verilib.

Onun sözlərinə əsasən, görüşdə TDT-nin fəaliyyəti və Azərbaycanda növbədənkənar prezident seçkisini izləyən TDT-nin Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələlər müzakirə olunub.

Leqal.info