Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

Leqal.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan sərhədində baş verən gərginliyi şərh edərkən bildirib.

O, Azərbaycanla Ermənistan arasında təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini deyib.

“Bu, təmas xəttindən gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq. Diqqətlə izləyəcəyik”, - deyə Kreml sözçüsü bildirib.

Peskov vurğulayıb ki, bu cür hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır.

Kremlin mətbuat katibi sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam edəcəyinə ümid etdiyini də deyib.

Elvin Mahmudlu
Leqal.info