Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Fransaya iki günlük işgüzar səfərə gedib.

Leqal.info xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Baş nazirin nümayəndə heyəti icra və qanunvericilik orqanlarının üzvlərindən ibarətdir.

Qeyd edək ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, Paşinyan həmçinin Fransanın rəhbər şəxsləri ilə bır sıra görüşlər keçirəcək.

Leqal.info