Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Leqal.info Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onun ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının mənafeyi naminə uzun illər dövlət fəaliyyətini, xüsusən də Türkiyənin beynəlxalq aləmdə möhkəmləndirdiyini qeyd edib.

Putin Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafına mühüm şəxsi töhfəsini də vurğulayıb.

Telefon danışığı əsnasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə qarşılıqlı sədaqət təsdiqlənib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Elvin Mahmudlu
Leqal.info