Girovların bəzilərinin azadlığa buraxılması ilə bağlı razılıq əldə olunarsa, İsrail Ramazan ayında Qəzzada HAMAS-a qarşı müharibəsini dayandırmağa hazır olacaq.

Leqal.info “Associated Press“ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden NBC telekanalına açıqlamasında deyib.

ABŞ lideri atəşkəsin növbəti həftə əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

“Ramazan yaxınlaşır və bizə bütün girovların azadlığa buraxılmasına görə vaxt verilməsi üçün İsrail tərəfindən Ramazan ayında əməliyyatlarda iştirak etməyəcəklərinə dair razılaşma olub”.

Qeyd edək ki, Bayden müharibəyə son qoyulması çağırışı etməyib. Məlumata əsasən, ABŞ, Misir və Qətərdən olan vasitəçilər fələstinli məhbusların azad edilməsi və döyüşlərin altı həftəlik dayandırılması qarşılığında HAMAS-ın girovlardan bəzilərini azad etməsini nəzərdə tutan çərçivə sazişi üzərində işləyir. Müvəqqəti atəşkəs dövründə qalan girovların azad edilməsi ilə bağlı danışıqların davam etdiriləcəyi bildirilir.

Leyla Kamil
Leqal.info