İsrailin müdafiə naziri Yoav Qallant ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Kurilla ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri "X" hesabında yazıb.

"Komandir general Kurilla ilə İranın öz proksiləri vasitəsilə aqressiyası nəticəsində artan regional problemlər barədə əhəmiyyətli müzakirə apardıq. Regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün ABŞ və İsrail qüvvələri arasında sıx əməkdaşlığın vacibliyini vurğuladıq", - İsrail müdafiə naziri bildirib.

Leyla Kamil
Leqal.info