Leqal.info xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant "X" hesabında yazıb.
“Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə mühüm görüşümüz oldu.
Qəzzada kampaniyanın gedişi və girovların geri qaytarılması səyləri, Livan sərhədində təhlükəsizlik vəziyyətinin dəyişdirilməsi və "Hizbullah" qüvvələrinin çıxarılması, şimal ərazilərimizin sakinlərinin geri qayıtmasının vacibliyini müzakirə etdik", - İsrailin müdafiə naziri bildirib.
Leyla Kamil
Leqal.info