İsrailin müdafiə naziri Yoav Qallant və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri "Twitter"də yazıb.

"Bu səhər mən həmkarım, Türkiyənin müdafiə naziri Yaşar Gülərlə ilk dəfə danışdım. Biz əməkdaşlığı və təhlükəsizlik sistemləri arasında dialoqu gücləndirmək yollarını müzakirə etdik. Mən Türkiyənin müdafiə naziri ilə telefon danışığımda bildirdim ki, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi bizim ümumi strateji təhlükəsizlik marağımızdadır və bu, Yaxın Şərqdə sabitliyi yaxşılaşdıracaq", - Yoav Qallant vurğulayıb.

Leyla Kamil
Leqal.info