Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Leqal.info xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunulub.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edilib. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulanıb.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olunub.

Leqal.info