ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Blinken "X" hesabında yazıb.

Qəzzaya daha çox yardımın göndərilməsi və girovların azad edilməsi səylərini müzakirə etmək üçün Baş nazir Netanyahu və hərbi kabinetin nümayəndələri ilə görüşdüm. Yardımlar çox olsa da, bu kifayət deyil. Mən İsrail tərəfinə yardımların prioritet hesab edilməli olduğunu bildirdim", - deyə qeyd olunub.

Leqal.info