İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumu cavabsız qalmayacaq.

Leqal.info xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisinin İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı bəyanatında deyilir.

"İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində briqada generalları Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü həlak olub", - İran lideri bildirib.

İbrahim Rəisi vurğulayıb ki, İsrail bu cür hərəkətlərlə heç vaxt öz məqsədlərinə çatmayacaq və bu cinayət cavabsız qalmayacaq.

Elvin Mahmudlu
Leqal.info