Belarus müharibəyə hazırlaşır.

Leqal.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Heç kimə inanmayın ki, biz vuruşmaq istəyirik. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bunu mən fikirləşməmişəm. Bu, çox düzgün deyilib”, - deyə Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı vurğulayıb.

Belarus prezidentinin sözlərinə əsasən, respublikada müvafiq bölmələrin lazımlı hazırlığı aparılır, qoşunlara müxtəlif növ silah və texnika verilir.

Leqal.info