"Ukrayna NATO-nun üzvü olacaq."

Leqal.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın XİN başçılarının iclasından əvvəl mediaya açıqlamasında deyib.

O bildirib ki, üzvlük məsələsində qaldırılacaq sual "əgər" deyil "nə zaman"dır.

"Moskva anlamalıdır ki, o, döyüş meydanında məqsədlərinə çata bilməyəcək".

NATO Baş katibi, həmçinin qeyd edib ki, aprelin 4-də NATO-Ukrayna Şurasının iclası keçiriləcək. "İclasda Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edəcək və biz hazırkı situasiyanı, Ukraynanın indiki və gələcək ehtiyaclarını müzakirə edəcəyik. Biz Ukraynanın NATO-ya və onun standartlarına daha da yaxınlaşması istiqamətində bu ölkəyə satınalmalardan tutmuş logistikaya kimi müxtəlif sahələrdə kömək edirik".

Leyla Kamil
Leqal.info