Türkiyə xarici işlər naziri Hakan Fidanla bu gün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, hər iki nazir regionda eskalasiyanın daha da artmamasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 13-dən 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

Leqal.info