ABŞ dövlət katibi Entoni Blinken Çinə səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "X" hesabında yazıb.

Bildirilib ki, ABŞ dövlət katibi Çinə səfəri çərçivəsində ilk dayanacağı olan Şanxay şəhərindədir.

"Onun səfəri əsas məsələlərdə irəliləyiş əldə etmək və ikitərəfli, regional və qlobal problemləri həll etmək üçün davamlı səylərimizin bir hissəsidir", - Miller bildirib.

Leqal.info