Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ermənistan xarici işlər naziri Macarıstanın XİN rəhbəri Peter Siyarto ilə təkbətək görüşüb.

Təkbətək görüşdən sonra tərəflər arasında geniştərkibli görüş keçirilib. Ermənistan XİN bildirib ki, görüşdə həm ikitərəfli, həm də Ermənistan-Aİ tərəfdaşlığı və regional mövzular müzakirə olunub.

Leqal.info