İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.

Leqal.info xəbər verir ki, bu barədə “Reuters“ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.

Mənbənin sızdırdığı məlumata görə, heyətə MOSSAD və “Shin Bet” kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib.

Leqal.info