İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib.

Leqal.info xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.

Leqal.info