Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

Leqal.info TRT Haber-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə-İran əlaqələrinin bundan sonra da hər sahədə inkişaf edəcəyinə inamını ifadə edib.

Türkiyə prezidenti Məsud Pezeşkianı seçkilərdə qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Leqal.info