Ukraynada sülh üzrə ikinci konfransa hazırlıq məqsədilə 3 görüş keçiriləcək.

Leqal.info “Korrespondent.net”ə istinadən xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski deyib.

O bildirib ki, ilk görüş Qətərdə energetika məsələləri ilə bağlı, ikinci görüş Türkiyədə Qara dənizdə gəmilərin sərbəst və təhlükəsiz keçidinin təminatı məsələsi ilə bağlı və üçüncvü görüş isə Kanada humanitar məsələlərlə bağlı olacaq.

Ukrayna prezidenti qeyd edib ki, bu məsələdə razılıq əldə olunsa, noyabrda Rusiyanın iştirakı ilə daha bir konfransın təşkili məsələsinə baxılacaq.

Leqal.info