Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün Tehrana gedib.

Leqal.info “Armenia-Today” saytına istinadən xəbər verir ki, onu ölkənin vitse-prezidenti və hökumətlərarası komissiyanın həmsədri Davud Mənzur qarşılayıb.

Qeyd edək ki, İranda iyulun 5-də keçirilən Prezident seçkisində Məsud Pezeşkian qalib gəlib.

Leqal.info