İran Rusiyaya ballistik raketlər tədarük etməyib.

Leqal.info xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi "X” hesabında yazıb.

“Yenə də ABŞ-la “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) səhv kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər?

Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, - XİN başçısı vurğulayıb.

Leqal.info